“Yüngül cinayətlər” restoranındakı yanğın söndürüldü - Foto+Yenilənib

yungul-cinayetler-restoranindaki-yangin-sonduruldu
Oxunma sayı: 4911

Bu gün Bakının Nəsimi rayonunda yerləşən "Yüngül cinayətlər" restoranında yanğın qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Nəsimi Rayon Yanğından Mühafizə Hissəsinin briqadası cəlb edilib.

Bildirilib ki, hadisə restoranın mətbəxində baş verib və tüstü bacasını əhatə edib. Yanğın nəzarətə götürülüb.

***

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən restoranda baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.