Yunis Hüseynovla Lionel Messini birləşdirən seriya

yunis-huseynovla-lionel-messini-birlesdiren-seriya
Oxunma sayı: 1154


“Qafqazinfo” apasport.az-a istinadən xəbər verir ki, qurum Avropa ölkələrinin yüksək liqalarında ən uzun qol seriyalarının müəlliflərinin siyahısını tərtib edib. 

Cədvəldə ən azı 13 qarşılaşmada meydanı qolsuz tərk etməyən 11 futbolçu yer alıb. Bu “11-liy”ə isə İspaniya “Barselona”sının ulduzu Lionel Messi başçılıq edir. Onun 2012-13-cü illərdəki seriyası 21 matçdan ibarətdi. Argentinalı zədə səbəbindən buraxdığı 3 görüşdən əvvəl 19, sonra 2 oyunda qol sevinci yaşayıb. Çexoslovakiyalı Yozef Biscan 19, alman Herd Müllerlə polşalı Teodor Peterek 16 matçlıq qol seriyasına malikdi.

Siyahıda Azərbaycan təmsilçisi yer almasa da, Yunis Hüseynovu Messi ilə eyni cədvələ düşməkdən 1 oyun ayırıb. Belə ki, ölkə çempionatlarımızın mütləq rekordçusu olan 50 yaşlı futbol veteranı “Neftçi”də çıxış etdiyi 1992 mövsümündə ardıcıl 12 oyunda qol sevinci yaşamışdı. Elə ilk turdan – milli çempionatların startından işə düşən “qol maşını” Sumqayıt “Xəzər”i ilə səfər matçınadək Hüseynov 12 qarşılaşmada 15 qol vura bilib. Əgər o, sumqayıtlılara da qol vursaydı, Messi ilə eybi siyahıda yer alacaqdı.