Yunis Hüseynovun ilk sınağı

yunis-huseynovun-ilk-sinagi
Oxunma sayı: 649

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Xəzər Lənkəran” evdə “Bakı”nı qəbul edəcək.

“Altılığ”a məğlubiyyətlə başlayan hər iki komanda uğursuzluğu unutdurmaq niyyətindədir. Cənub təmsilçisi bu görüşdə yeni baş məşqçisi Yunis Hüseynovun rəhbərliyi ilə ilk matçına çıxacaq. “Zolaqlılar” üçün də bu oyun böyük əhəmiyyət kəsb edir. Paytaxt klubu bu matçda qələbə qazana bilməsə, çempionluq və avrokuboklara vəsiqə iddiasına ciddi zərbə dəyəcək.

Qeyd edək ki, “Bakı” “Xəzər Lənkəran”ı son 6 oyunda məğlub edə bilməyib. Bu qarşılaşmalardan ikisi lənkəranlıların xeyrinə, 4-ü isə heç-heçə başa çatıb.

17:00. “Xəzər Lənkəran” – “Bakı”
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Lənkəran şəhər mərkəzi stadionu.



Ceyhun Əhmədov