“Qafqazinfo”nun məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyinin, TİKA- (Türkiyənin Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi)nin təşkilatçılığı ilə keçirilən gecədə filmin ssenari müəllifi və rejissoru Kürşat Kızbaz, aktyorlar Devrin Evin, Milli Məclisin deputatları, Türkiyənin ölkəmizdəki səfirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları iştirak edib.
Qeyd edək ki, ekran əsəri yüzillikləri aşan fikirləri ilə tarixin önəmli mütəfəkkiri kimi qəbul edilən, humanizm carçısı, Allaha sevgisini, eşq və əxlaqla bağlı fikirlərini paylaşan, Türkiyə Anadolusunun ən böyük övliyalarından biri, ilahi eşq yolunda özünü axtaran, səkkiz əsr əvvəl yüksələn mənəviyyat memarı Yunus Emrenin həyatından bəhs edir.
Son xəbərlər
Son Xəbərlər