“Yura” ləqəbli narkotacir tutuldu

yura-leqebli-narkotacir-tutuldu
Oxunma sayı: 1207

Hacıqabul rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan sakinlər saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, narkotik vasitələri qanunsuz olaraq daşımaqda şübhəli bilinən rayon sakini Ş. Şirəliyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman cibindən heroin aşkar edilərək götürülüb. Araşdırmalarla Ş. Şirəliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Dindirilmə zamanı o “Yura” ləqəbli şəxsdən 10 manat müqabilində heroini aldığını bildirib. Davam etdirilən əməliyyat tədbirləri ilə “Yura” ləqəbli, əvvəllər dəfələrlə məhkum edilmiş Yusif Əkbərov da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman satış üçün nəzərdə tutulmuş heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.