Yurçeviç Azərbaycan millisinə belə vida etdi

yurcevic-azerbaycan-millisine-bele-vida-etdi
Oxunma sayı: 3017

Azərbaycan millisinin baş məşqçisi postundan gedən Nikola Yurçeviç sosial şəbəkə hesabında vida sözləri yazıb.

“Qafqazinfo” xəbər verir ki, xorvatiyalı mütəxəssis hər kəsə təşəkkür edib:
 
“AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisini çalışdırdım. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə - futbolçulara, köməkçilərə, azarkeşlərə, AFFA-ya təşəkkür edirəm. İndi yeni fürsətlər üçün səbirsizlənirəm”.
 
Qeyd edək ki, Azərbaycan millisi 52 yaşlı mütəxəssisin rəhbərliyi ilə AÇ-2020-nin seçmə mərhələsində 8 oyuna 1 xal yığıb.