Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə başlayan yürüş başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Şahdağ ərazisində qeyri-sabit hava şəraitinə baxmayaraq yürüş iştirakçıları “Heydər zirvəsi”nə qalxıblar. Respublikanın müxtəlif bölgələrindən, nazirlik, müəssisə, idarə və təşkilatlardan çoxlu sayda ziyarətçilər bu aksiyada iştirak edib.
Qeyd edək ki, son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artaraq kütləvi yürüş ənənə halını alıb.
Son xəbərlər
Son Xəbərlər