Yusif Eyvazov beynəlxalq mükafata layiq görüldü - Fotolar

yusif-eyvazov-beynelxalq-mukafata-layiq-goruldu
Oxunma sayı: 1222

Azərbaycanın Xalq artisti Yusif Eyvazov “Grand Prix De La Culture 2020” (“Mədəniyyət üzrə Qran- Pri”) beynəlxalq mükafatına layiq görülüb. “Qafqazinfo”nun məlumatına görə, mükafatlandırılma mərasimi Avstriyanın paytaxtı Vyana şəhərində baş tutub.

Azərbaycanlı tenor bu mükafata dünyanın müxtəlif opera səhnələrində çıxışları, yaratdığı obrazlar və mükəmməl səsinə görə layiq görülüb.

““Grand Prix De La Culture 2020” mükafatını aldığıma görə çox xoşbəxtəm. Yüksək qiymət və etibara görə mükafatın təsisçisi Adrian Hollenderə, eləcə də bu günün şərəfinə çıxış edən mənim gözəl həmkarlarım – mezzo-soprano Marqarita Qritskova və virtuoz pianoçu Petr Poqadi Hollenderə böyük minnətdarlığımı bildirmək istəyirəm. Bu cür hədiyyəyə və etibara görə çox sağ olun”, - Y.Eyvazov İnstaqram hesabında yazıb.

Xatırladaq ki, daha əvvəl Y.Eyvazovun həyat yoldaşı, opera divası Anna Netrebko nüfuzlu “Polar” musiqi mükafatının laueratı olmuşdu.