Yusif Eyvazov və xanımı Bakıya gəlir

yusif-eyvazov-ve-xanimi-bakiya-gelir
Oxunma sayı: 2345

Rusiyada fəaliyyət göstərən Xalq artisti Yusif Eyvazov və xanımı, tanınmış opera sənətçisi Anna Netrebko Bakıya gəlir. 

“Qafqazinfo” xəbər verir ki, onlar mayın 11-də Heydər Əliyev Mərkəzində “Azərbaycana sevgi ilə” adlı konsert proqramı ilə çıxış edəcəklər.  Musiqili gecədə xalq artisti Elçin Əzizov da iştirak edəcək.  

Müxtəlif operalardan ariyaların daxil olduğu konsert proqramında ifaçıları Xalq artist Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.