Yusif Eyvazovdan xanımına Sevgililər Günü hədiyyəsi - Video

yusif-eyvazovdan-xanimina-sevgililer-gunu-hediyyesi
Oxunma sayı: 4445

Azərbaycanın Xalq artisti Yusif Eyvazov həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkoya Sevgililər Günündə mahnı hədiyyə edib.

“Qafqazinfo” xəbər verir ki, o, yeni ifa etdiyi “Moya Anna” (Mənim Annam) mahnısında xanımına olan sevgisini bir daha dilə gətirib.

“Mahnı mənim gözəl Annama həsr olunub. Sevgi, bütün gözəlliklər, Bublikə (Y.Eyvazov A.Netrebkonun oğlu Tyaqonu belə adlandırır – red.) görə Annama təşəkkür edirəm. Dostlar, xoşbəxt olun, qoy bütün cəsarətli arzular reallığa çevrilsin”, - builki Sevgililər Gününü xüsusi qeyd etmək istədiyini deyən Eyvazov qeyd edib.

“Moya Anna” mahnısının söz və musiqisi tanınmış rusiyalı müğənni və bəstəkar Mark Tişmana məxsusdur.

Mahnıya uyğun hazırlanmış videoçarxda Y. Eyvazov və A. Netrebkonun arxiv ailə fotoları yer alıb.