Yusif Eyvazovla bağlı xəbər yalan çıxdı

yusif-eyvazovla-bagli-xeber-yalan-cixdi
Oxunma sayı: 2654

“Forumopera.com” xəbər portalı Azərbaycanın Xalq artisti Yusif Eyvazovla bağlı yaydığı məlumatı təkzib edib. “Qafqazinfo” xəbər verir ki, dünən məşhur tenor ifaçısının milliyətcə erməni soprano Ruzan Mantaşyanla siyasi səbəblərdən bir səhnədə çıxış etməkdən imtina etməsi barədə dərc etdiyi xəbərin doğru olmadığını qeyd edib.

Təkzib xəbərində bildirilib ki, tenor bu məsələdə heç vaxt kiçik irad səsləndirməyib və bu, anlaşılmazlıq ola bilər.

Y. Eyvazovun özü də sözügedən açıqlamanı instaqram səhifəsində paylaşıb. O, baş verənlər barədə danışıb: “Əziz dostlar, mən azərbaycanlıyam və Azərbaycanla Ermənistan arasındakı vəziyyətə dair tamamilə aydın bir fikir və düşüncəm var, amma siyasi görüşlərim heç vaxt peşəmə və səhnədəki fəaliyyətimə təsir etmir. Bolşoy Teatrda dəfələrlə Mariya Qule qina və Qevorq Akopyan ilə birlikdə səhnəyə çıxdığım buna sübutdur. Buna görə təsdiqlənmiş məlumatlara etibar edin və təxribat xarakterli informasiyaları bundan sonra yaymayın. Təxribata yol verməyin”.

Həmçinin konsertin keçiriləcəyi məkan- “Semper Opera Ball” da informasiyaların yanlış olduğunu vurğulayıb. Mərkəzin rəhbərliyi Y. Eyvazovun bu cür sövdələşməyə girmədiyini söyləyib. Həmçinin Ruzan Mantaşyanın fevralın 7-də “Opera Ball”da çıxışı üçün müqavilə imzalanmayıb.