Azərbaycanın Xalq artisti Yusif Eyvazov və xanımı, Rusiyanın Xalq artisti Anna Netrebkonun ayrılmaları barədə xəbər yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, Rusiya KİV orqanlarında dərc edilən xəbərlərdə bildirilir ki, cütlük bir müddət əvvəl gərgin anlar yaşayıb. Mübahisəyə səbəb isə Eyvazovun “Maska” layihəsində iştirakını həyat yoldaşından gizlətməsi olub.
Y. Eyvazov daha sonra Azərbaycana tək gəlib, Anna isə Moskvada qalıb.
Bundan sonra Netrebko bütün söz-söhbətlərə son qoymağa qərar verib və instaqram səhifəsində Eyvazovun da yer aldığı video yayımlayıb.
“Bu video xüsusi olaraq boşandığımızı yazanlara aiddir”,- deyə o qeyd edib.
Son xəbərlər
Son Xəbərlər