Yusif Eyvazovun xanımı koronavirusdan sağaldı

yusif-eyvazovun-xanimi-koronavirusdan-sagaldi
Oxunma sayı: 2240

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, dünya şöhrətli opera müğənnisi Anna Netrebko koronavirusa qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib.

Rusiyanın Xalq artisti Moskva Klinik Xəstəxanasının həkim heyətinə təşəkkürünü bildirib, ona dəstək olan hər kəsə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, sənətçiyə COVID- 19 diaqnozu sentyabrın 17-də qoyulmuşdu.