Bu gün saat 21:00-dan etibarən paytaxtın Yusif Səfərov küçəsində asfalt örtüyünün yenilənməsi ilə bağlı şəhərə giriş istiqaməti üzrə avtomobillərin hərəkəti birtərəfli qaydada bir neçə gün məhdudlaşdırılacaq.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, bununla bağlı sürücülərdən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər. Diqqətə çatdırılır ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi xahiş edilib.
Son xəbərlər
Son Xəbərlər