Yusif Səfərov küçəsində təmir bitdi

yusif-seferov-kucesinde-temir-bitdi
Oxunma sayı: 836


“Qafqazinfo” Azəryolservis” ASC-nin saytına istinadən xəbər verir ki,  prospektin bu hissəsi  sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq açılacaq. Görülən işlər nəticəsində Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə doğru istiqamətdə səth suların normal axıdılması üçün 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulub. Asfalt-beton örtüyünün üst qatı qaşınaraq, təqribən 30 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənib, yolda komunikasiya xətlərinə 60-dan artıq baxış qapağı qoyulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib. Bundan əlavə yol boyu 3 min poqon-metr  səki daşı düzülüb.