“Yussal Provision”dan YAŞAT və Qarabağ Dirçəliş Fonduna dəstək

yussal-provisiondan-yasat-ve-qarabag-dircelis-fonduna-destek
Oxunma sayı: 906

“Yussal Provision” MMC YAŞAT və Qarabağ Dirçəliş Fonduna pul köçürüb.

Şirkət Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qazilərin və şəhid ailələrinin təminatına dəstək fonduna (YAŞAT Fondu) 5 000 manat vəsait köçürüb. Eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna da 2 000 manat ödəyib.

Qeyd edək ki, prezident İlham Əliyevin 2020-ci il 8 dekabr fərmanına əsasən YAŞAT və 2021-ci il 4 yanvar 1243 nömrəli fərmanına əsasən isə Qarabağ Dirçəliş Fondu yaradılıb.