Yutub da Trampın hesabını dondurdu

yutub-da-trampin-hesabini-dondurdu
Oxunma sayı: 1468

Feysbuk və tvitter platformalarından sonra yutub da ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hesabını bloklayıb.

“Qafqazinfo” xəbər verir ki, şirkət dövlət başçısının Konqresə hücum hadisələrində şiddəti təhrik etdiyi üçün belə addım atıldığını açıqlayıb.

Vurğulanıb ki, Tramp ən azı 7 gün şəbəkəyə video yükləyə bilməyəcək.

Qeyd edək ki, Prezidentin hesabında 2, 77 milyon abunəçisi var.