Yutub platforması ermənipərəst hərbi jurnalist Semyon Peqovun “WarGonzo” səhifəsini silib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə layihənin müəlliflərindən biri Dmitri Seleznev bildirib.
Səhifə həmişəlik silinib. Qeyd edək ki, bu cür resurslar dezinformasiyanın yayılması səbəbindən yığışdırılır.
Erməni əsilli rus media maqnatı Aram Qabrelyanov tərəfindən maliyyələşdirilən “WarGonzo” Qarabağda hərbi əməliyyatlar zamanı saxta və təxribat xarakterli məlumatların yayılması ilə məşğul olub.
Xatırladaq ki, 2020-ci ilin oktyabrında Azərbaycanın Baş Prokurorluğu S.Peqova qarşı cinayət işi açıb.
O, davamlı olaraq Türkiyə və Azərbaycana qarşı dezinformasiyalar yayır və hazırda isə Ukraynadan gündəlik reportajlar verir.

Son xəbərlər
Son Xəbərlər