Yutub Trampın kanalını açmadı

yutub-trampin-kanalini-acmadi
Oxunma sayı: 942

Yutub ABŞ-ın keçmiş Prezidenti Donald Trampın kanal administratorlarına yeni videoların yerləşdirilməsinə qoyulan qadağanı müddətsiz uzadıb. “Qafqazinfo” xəbər verir ki, platformanın təmsilçisi bu barədə “Bloomberg”ə danışıb.

“Davamlı şiddət potensialı ilə bağlı narahatlıqlar səbəbindən Donald Trampın kanalı bloklanmış qalacaq”,- deyə o qeyd edib.

Qeyd edək ki, Trampın hesabı yanvarın 12-də prezident tərəfdarları tərəfindən Kapitoliyə basqın edildikdən sonra bloklanıb. Sonra şiddətə səbəb olan bir qeydin yayımlanması üçün kanalın fəaliyyətinə yutub tərəfindən fasilə verildiyi bildirilib. Bu isə yeni videoların yüklənməsinin yeddi günlük qadağan edilməsi deməkdir. Bununla yanaşı yutub Trampın videolarına şərh yerləşdirmək imkanını da bloklayıb.

Kanal yanvarın 20-də zorakılığa təşviqin davam etdiyini əsas gətirərək bloklanmanı uzadıb. Şirkət bu məhdudiyyətlərin nə vaxt götürüləcəyini dəqiqləşdirməyib.