Yutubda 10 milyarddan çox baxış toplamış ilk - Videoçarx

Yutubda 10 milyarddan çox baxış toplamış ilk
Oxunma sayı: 2427

“Baby Shark” (“Balaca köpəkbalıqlarının rəqsi”) adlı mahnıya çəkilmiş klip yutub kanalında 10 milyard baxış toplamış ilk videoçarx olub.

“Qafqazinfo” xəbər verir ki, videoçarxda balaca oğlan və qız rəqs edərək mahnı oxuyur, digər dəniz canlıları ilə birlikdə yosunlar və mərcanlar arasında yaşayan balaca köpəkbalığının və onun ailəsinin həyatından bəhs edilir.

Videoçarx Cənubi Koreyanın “Pinkfond” şirkətində istehsal edilib. Şirkətin verdiyi məlumata görə, bu klipə dünyada baxış sayı planetmizin əhalisinin sayından çoxdur. Klipin müəlliflərin fikrincə, Yer kürəsinin bütün sakinləri azı bir dəfə “Balaca köpəkbalıqlarının rəqsi” videoçarxına baxıblar.

2016-cı ilin yayında meydana gəlmiş “Baby Shark” kompozisiyası öz melodiyasının yaddaqalan olması sayəsində qısa müddətdə inanılmaz dərəcədə populyarlıq qazanıb, dünya musiqi çartlarına düşüb, hətta Youtube-da ən çox baxılan videoçarx kimi Ginnesin rekordlar kitabına daxil edilib. 2020-ci ilin noyabr ayında bu klipə baxış sayı 7 milyarda çatmışdı.