Yutubun baş direktoru istefa verdi

yutubun-bas-direktoru-istefa-verdi
Oxunma sayı: 2517

Yutubun baş direktoru Susan Vodjicki vəzifəsindən getdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tech Crunch” portalı məlumat yayıb.

Onun yerini və baş vitse-prezident vəzifəsini hazırkı məhsul direktoru Neil Mohan tutacaq.

Vodjickinin gələcəkdə Quql və Alfabet üçün məsləhətçi kimi fəaliyyət göstərəcəyi bildirilir.