“Yuventus” finalda - Video

yuventus-finalda
Oxunma sayı: 781

İtaliya kubokunda sonuncu finalçı müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, cavab oyununda "Napoli" doğma meydanda "Yuventus"la qarşılaşıb. Matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Ancaq “Yuventus” səfərdə vurduğu qolların sayəsində finala vəsiqə qazanıb.

Xatırladaq ki, ilk görüşdə turinlilərin 1:0 hesabı ilə qalib gəlib.

"Yuventus" finalda "Latsio" ilə qarşılaşacaq.

“Napoli” 3–2 “Yuventus”

Qollar: İquain 32 (0:1); Hamşik 52 (1:1); İquain 58 (1:2); Mertens 61 (2:2); İnsinye 67 (3:2)