“Yuventus” koronavirusa yoluxan futbolçu ilə müqaviləni uzatdı

yuventus-koronavirusa-yoluxan-futbolcu-ile-muqavileni-uzatdi
Oxunma sayı: 867

“Yuventus” yarımmüdafiəçisi Blez Matyuidi ilə yeni müqavilə imzalayıb.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, Turin təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu ilə 2021-ci ilin yayına qədər saziş bağlayıb.
 
Bir müddət öncə COVID-19 pandemiyasına yoluxan fransız futbolçu hazırda özünü yaxşı hiss etdiyini deyib.
 
32 yaşlı yarımmüdafiəçi bu mövsüm 30 oyunda 1 qol vurub, 2 assist edib.