“Yuventus” məğlub oldu, “Borussiya”dan qələbə - Video

yuventus-meglub-oldu-borussiyadan-qelebe
Oxunma sayı: 4235

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hər iki qarşılaşmaya eyni saatda start verilib.

İtaliyanın “Yuventus” klubu Portuqaliyada “Portu” ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. Almaniyanın “Borussiya” (Dortmund) komandası isə Avropa Liqasının son qalibi "Sevilya"nın (İspaniya) qonağı olub. 5 qolun qeydə alındığı qarşılaşmada qələbəyə sevinən almanlar olub - 3:2. 

UEFA Çempionlar Liqası

1/8 finalın ilk oyunları

17 fevral

00:00. “Portu” - “Yuventus” - 2:1

Qollar: Taremi, 2, Mareqa, 46 - F.Keza, 82

“Sevilya” - “Borussiya” (Dortmund) - 2:3

Qollar: Suso, 7, De Yonq, 84 - Dahoud, 19, Halland, 27, 43