“Yuventus” “Portuya qarşı

yuventus-portuya-qarsi
Oxunma sayı: 691

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində daha iki görüş baş tutacaq.

Qafqazinfo” xəbər verir ki, "Yuventus" doğma meydanda "Portu"nu, "Lester" isə "Sevilya"nı qəbul edəcək.

Turində keçiriləcək qarşılaşmada növbəti mərhələyə yaxın olan tərəf İtaliya təmsilçisidi. "Qoca sinyora" səfərdə keçirilən ilk qarşılaşmada qələbə qazandığı üçün meydana rahat çıxacaq.

Ancaq eyni sözləri İngiltərədə baş tutacaq oyun üçün söyləmək çətindi. İspaniyada keçirilən matçda qeydə alınan nəticə komandaları sona qədər mübarizə aparmağa dəvət edir.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

23:45 “Yuventus” (İtaliya) - “Portu” (Portuqaliya)
İlk oyun - 2:0

23:45 “Lester” (İngiltərə) - “Sevilya” (İspaniya)
İlk oyun - 1:2