“Yuventus” son saniyədə şok yaşadı, Almaniyada qol olmadı - Video + Yenilənib

yuventus-son-saniyede-sok-yasadi-almaniyada-qol-olmadi
Oxunma sayı: 8601

Bu gün Çempionlar Liqasında ¼ final mərhələsinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, “Real” öz meydanında “Yuventus”u qəbul edib.

İlk matçda öz meydanında 0-3 hesabı ilə məğlub olan "Yuventus" səfərdə eyni nəticəni əldə etməyə yaxın olub. Hesab 3-0 "Yuventus"un xeyrinə olarkən son saniyələrdə buraxılan qol bu klubun yarımfinal yolunu kəsib.

"Bavariya" - "Sevilya" matçında isə qol vurulmasa da, Almaniya təmsilçisi ilk matçdakı qələbə sayəsində yarımfinala yüksəlib.

Qeyd edək ki, dünən "Roma" və "Liverpul" adını yarımfinala yazdırıb.

“Real” – “Yuventus” - 1:3

Qollar: K. Ronaldo, 90+8 (pen.) - M. Mandzukiç, 2, 37; B. Matuidi, 61

Qırmızı vərəqə: C. Buffon, 90+3

İlk oyun - 3:0

"Bavariya" - "Sevilya"  -  0-0

Qırmızı vərəqə: X. Korrea, 90+2

İlk oyun - 2:1

***

"Real" – "Yuventus" matçında erkən qol vurulub. Mandzukiç 2-ci dəqiqədə "Yuventus"u hesabda önə çıxarıb.

***

37-ci dəqiqədə Mandzukiç dubl edib. Hazırda "Yuventus" 2-0 öndədir.

***

61-ci dəqiqədə "Yuventus" fərqi 3-ə çatdırıb. Matuidi fərqlənib.

***

Matçın son saniyələrində "Real" penalti qazanıb. Həmin epizoda sərt şəkildə etiraz edən Buffon isə qırmızı vərəqə alıb. Ronaldo penaltini qola çevirib.

***

Beləliklə, "Real" 1-3 hesabı ilə məlub olsa da yarımfinala yüksəlib. "Bavariya" - "Sevilya" matçında isə qo vurulmayıb. "Bavariya" ilk matçdakı qələbə sayəsində yarımfinala vəsiqəni təmin edib.