“Yuventus” təqibə davam edir

yuventus-teqibe-davam-edir
Oxunma sayı: 639

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Milan”ın çətin qələbə qazandığı turda “Yuventus” “İnter”lə qarşılaşıb. Zirvədən 4 xal geridə olan turinlilər bu fərqin artmasına imkan verməyib. “Qoca sinyora” tarixinin ən pis mövsümlərindən birini keçirən “İnter”i 2 cavabsız topla məğlub edib. Beləliklə, 29 turdan sonra “Milan” 63 xalla liderdir. “Yuventus” 59 xalla ikinci, “Latsio” 51 xalla 4-cü pillədə qərarlaşıb.
"Milan" - "Roma" - 2:1
Qollar: Osvaldo, 44 (0:1), İbrahimoviç, 53-pen (1:1), 83 (2:1)
"Palermo" - "Udineze" - 1:1
Qollar: Mikkoli, 31 (1:0), Torye, 84 (1:1)
"Atalanta" - "Boloniya" - 2:0
Qollar: Qabiandi, 50 (1:0), Tiribokki, 90 (2:0)
"Novara" - "Leççe" - 0:0
"Napoli" - "Kataniya" - 2:2
Qollar: Dzemaili, 61 (1:0), Kavani, 67 (2:0), Spolli, 74 (2:1), Lanzafame, 85 (2:2)
"Genua" - "Fiorentina" - 2:2
Qollar: Belussçi, 20 (1:0), Montolivo, 31 (1:1), Natali, 70 (1:2), Palasio, 89 (2:2)
"Latsio" - "Kalyari" - 1:0
Qol: Diakite, 88 (1:0)
"Kievo" - "Siena" - 1:1
Qollar: Aserbi, 10 (1:0), Destro, 51 (1:1)
"Çezena" - "Parma" - 2:2
Qollar: Flokkari, 40 (0:1), Santana, 47 (1:1), Del Nero, 53 (2:1), Paletta, 61 (2:2)
"Yuventus" - "İnter" - 2:0
Qollar: Kaseres, 57 (1:0), Del Piero, 71 (2:0)
Ceyhun Əhmədov