“Yuventus” və “Milan” qalib gəldi - Video

yuventus-ve-milan-qalib-geldi
Oxunma sayı: 1772

İtaliya A seriyasında 20-ci tura son iki oyunla yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, lider “Yuventus” öz meydanında “Kyevo” ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə “Milan” “Cenoa” üzərində 2:0 hesablı qələbə qazanıb.

Bu oyunlardan sonra xalını 56-ya çatdıran “Yuventus” ən yaxın izləyicisi “Napoli” ilə 11 xallıq fərqi qoruyub. 34 xala malik “Milan” isə 4-cü pilləyə yüksəlib.

“Cenoa” - “Milan” - 0:2

Qollar: Borini, 72, Suso, 83

“Yuventus” - “Kyevo” - 3:0

Qollar: Duqlas Kosta, 13, Emre Can, 45, Daniele Ruqani, 84