“Yuventus” Vlahoviç transferini rəsmiləşdirdi

yuventus-vlahovic-transferini-resmilesdirdi
Oxunma sayı: 2260

İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, Turin təmsilçisi “Fiorentina”nın hücumçusu Duşan Vlahoviçi rənglərinə bağlayıb. Bu barədə “Qoca sinyora”nın mətbuat xidməti məlumat yayıb. Serbiyalı forvardla müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Duşan Vlahoviç “Fiorentina”ya 2018-ci ilin yayında “Partizan”dan keçib. 22 yaşlı forvard cari mövsümdə Florensiya təmsilçisinin heyətində meydana çıxdığı 24 oyunda 20 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.