“Yuventus” yarımfinala yüksəldi

yuventus-yarimfinala-yukseldi
Oxunma sayı: 2721

İtaliya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu gün “Yuventus” doğma meydanda “Frozinone” ilə qarşılaşıb.

Matç “Yuventus”un 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komanda bununla da yarımfinala yüksəlib.

Beləliklə, İtaliya Kubokunda finala vəsiqə uğrunda bu komandalar mübarizə aparacaqlar:

Fiorentina - Atalanta
Latsio - Yuventus