Bu gün UEFA Çempionlar Liqasında ilk yarımfinalçıların adına aydınlıq gələcək. “Qafqazinfo” xəbər verir ki, bu baş tutan iki ¼ final mərhələsi oyunundan sonra bəlli olacaq.
Turnirin iddialılarından olan “Barselona” səfərdə 1:0 hesabı ilə qalib gəldiyi “Mançester Yunayted”i qəbul edəcək.
Kuboku qazanmağa digər namizəd olan “Yuventus” isə evdə “Ayaks”la qarşılaşacaq. Səfərdə 1:1-lik heç-heçəyə razılaşan italyanlar Turində mərhələ adlamağa çalışacaq.
Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel
23:00. "Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
Barselona. "Nou Kamp". Baş hakim: Feliks Brix (Almaniya)
İlk oyun - 1:0
23:00. "Yuventus" (İtaliya) - "Ayaks" (Hollandiya)
Turin. "Yuventus Arena"Baş hakim: Klemen Turpin (Fransa)
İlk oyun - 1:1
***
Oyunlar başladı.
Lionel Messi 16-cı dəqiqədə hesabı açır. “Barselona” 1:0 hesabı ilə öndədir.
***
“Barselona” hesab arasındakı fərqi artırır - 2:0. Lionel Messi 20-ci dəqiqədə dubl edir.
***
“Yuventus” da hesabı açır. Kriştianu Ronaldo italyanları 28-ci dəqiqədə önə keçirir. 1:0
***
“Ayaks” hesabı bərabərləşdirir. 34-cü dəqiqədə Van de Beek fərqlənir - 1:1.
***
Matçlarda fasilə yarandı.
***
İkinci hissələr başladı.
***
“Barselona” “Mançester Yunayted”lə oyunda hesabı artırır. Koutinyo 61-ci dəqiqədə 3-cü qolu vurub.
***
“Ayaks” “Yuventus”la matçda geridönüş edərək önə keçib. De Light hollandları 67-ci dəqiqədə önə keçirib.
***
“Barselona” “Mançester Yunayted”i darmadağın edərək yarımfinala adlayan ilk komanda olub.
***
“Yuventus” “Ayaks”a 1:2 hesabı ilə uduzaraq 1/4 finalda mübarizəni dayandırıb.
***
Matçlar başa çatdı.
Son xəbərlər
Son Xəbərlər