“Yuventus”dan yeni transfer

yuventusdan-yeni-transfer
Oxunma sayı: 1561

“Yuventus” yeni transferini açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, klub “Sauthempton”dan 22 yaşlı Karlos Alkarası heyətinə cəlb edib.

Argentinalı yarımmüdafiəçi Turin klubunda mövsümün sonuna qədər icarə əsasında oynayacaq.

Qeyd edək ki, futbolçu bu mövsüm 26 oyunda 4 qol vurub, 3 ötürmə edib.