“Yuventus”un futbolçuları koronavirusdan sağaldı

yuventusun-futbolculari-koronavirusdan-sagaldi
Oxunma sayı: 904

"Yuventus"un futbolçuları Blez Matyuidi və Daniele Ruqani koronavirusa qalib gəlib.

"Qafqazinfo" xəbər verir ki, hər iki oyunçunun son testi mənfi çıxıb.

"Matyuidi və Ruqaninin son testi mənfi çıxıb. Futbolçularımız yaxşılaşıb və ev şəraitindəki müalicələri sona çatıb", - deyə Turin klubunun saytında qeyd olunub.

Qeyd edək ki, "qoca sinyora"nın digər futbolçusu Paulo Dibala da koronavirusa yoluxub.