“Yuventus”un məşhur futbolçusu “Reyncers”ə keçdi

yuventusun-meshur-futbolcusu-reyncerse-kecdi
Oxunma sayı: 1709

“Yuventus”un yarımmüdafiəçisi Aaron Remzi Şotlandiyada oynayacaq.

“Qafqazinfo” xəbər verir ki, uelsli futbolçu “Reyncers”də oynayacaq. Qlazqo təmsilçisi 31 yaşlı futbolçunu icarəyə götürüb.

Danışıqlara görə, o, iyunun 30-na kimi “Reyncers”ə məxsus olacaq. Bu mövsüm Remsi “Yuventus”un heyətində 5 oyuna çıxıb.