Yuxarı Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib - Foto

yuxari-salahli-kendinde-sakinlerle-seyyar-gorus-kecirilib
Oxunma sayı: 1140

Qazax rayonunun Yuxarı Salahlı kəndində növbəti səyyar görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib. Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov təşkil olunan görüşdə dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğı bir daha vurğulanıb və minnətdarlıq hissi ilə qarşılandığı diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, bu görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bildirib.

O, açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən “Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını işsizliyin aradan qaldırılmasında atılan ən uğurlu addım kimi göstərib.

Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini qeyd edib və bu istiqamətdə işlərin davam edəcəyini vurğulayıb.

Görüşdə sakinlər kənddə SİP kabelləşmə işinin aparılması, selötürücü kanalın beton üzlüyə alınması ilə bağlı və müxtəlif səpkili müraciətlər ediblər. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həmişə olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib.