“Yuxu” qrupunun yaradıcısı vəfat etdi

yuxu-qrupunun-yaradicisi-vefat-etdi
Oxunma sayı: 4610

Azərbaycanın “Yuxu” rok qrupunun yaradıcısı İbrahim Eminov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İbrahim Məhərrəm oğlu Eminov 1963-cü ildə Sumqayıtda anadan olub. Musiqi bəstəkarı və rok ifaçısı olan Eminov 1986-cı ildə “Yuxu” qrupunu yaradıb. O, ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməklə yanaşı, qrupun bass gitaraçısı olub.