Fiziki aktivliklə məşğul olan şəxslərin üzləşdiyi ən böyük problemlərdən biri səhər erkən saatlarda oyanmaqdır.
“Qafqazinfo” bu bariyeri aşmaq üçün köməyinizə çatacaq fikirləri təqdim edir:
Zəngli saatınızla yatağınızı ayırın
Başınızı yastığa səhər tezdən oyanmaq arzusuyla qoyursunuzsa, gecədən qurduğunuz zəngli saatı yatağınızdan uzağa qoyun. Hətta yaxşı olar ki, o, otağın o biri başında olsun. Beləliklə susmaq bilməyən o saatı söndürmək üçün bir məcburiyyətiniz yaranacaq. Bununla da, “beş dəqiqə daha” deyə bilməyəcəksiniz.
Su ilə təmas
Əgər artıq oyanmısınız və hələ də özünüzü yuxudaymış kimi hiss edirsinizsə, dərhal vanna otağına gedin. Üzünüzü soyuq su ilə yuyun və ya duş qəbul edin. Su nə qədər soyuq olarsa, o qədər tez ayılacaqsınız.
Özünüzə motivasiya mənbəyi tapın
Yaxşı olar ki, məşqə getmək üçün ən yaxın dostlarınızdan birini də özünüzə yol yoldaşı edəsiniz. Bu halda bir-birinizə motivasiya olacaqsınız.
Məktəbi xatırlayın
Çantanızı axşamdan hazır edin ki, səhər tezdən bir də onun dərdinə düşməyəsiniz.
Bu zaman harasa getmək motivasiyanızı itirə bilərsiniz. Bu, həm də, evdə nəsə unutmamağa sizə kömək edəcək.
Günə acı kofe ilə başlayın:
Bir çoxları acı kofe içməkdə çətinlik çəksə də, bu, yuxunu aradan qaldırmaq üçün ən yaxşı üsullardan biridir.
Kofe acı ola bilər amma gün ərzində sizə yuxunu unutduracaq və daha şirindil olacaqsınız. Bu həm də pəhriz cədvəlinizə də əla qida əlavəsi olacaq.
Musiqi
Evdən çıxmazdan əvvəl ritmik bir ifa kefinizi açacaq. Bu yolla yuxunuzun nə zaman qaçdığını da bilməyəcəksiniz.
Əgər bir hədəfiniz varsa, onu hər gün təxirə salmaqla heç bir məsafə qət edə bilməyəcəksiniz. Unutmayın gözəl nəticələr inanmaqla başlayır.