Avropa Çempionatının E qrupunda keçirilən İtaliya – İrlandiya (0-1) matçında yeganə qolun sahibi Robbie Bredi fikirlərini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, 24 yaşlı hücumçu matçın başa çatmasına bir neçə dəqiqə qalmış qolu vurub və komandasının 1/8 final mərhələsinə vəsiqə qazanmasında böyük pay sahibi olub. Bredinin vurduğu qol Türkiyə milli komandasının ən yaxşı üçüncülərdən biri olmaq arzusunu puç edib.
“Norviç Siti”nin futbolçusu qarşılaşmanı belə şərh edib: “Qoldan sonra özümü itirdim. Yuxularım gerçək oldu. Mənim üçün qürurverici gecə idi və komandamız üçün fantastik nəticə oldu. Növbəti mərhələyə adlamaq üçün lazım olan qolu vurduğuma görə çox xoşbəxtəm. Bu oyun bizim üçün son şans idi. Şansımızı geri çevirdik və möhtəşəm oyun sərgiləyərək Fransada qalmağı bacardıq”.
Yarımmüdafiəçi bildirib ki, bundan sonra bacardıqları qədər irəli gedəcəklər: “Bu mərhələyə qədər gəlmək üçün möhtəşəm oyunlar sərgilədik. İtaliyaya qarşı oynamaq asan deyildi. Bu oyun ilə heç kimdən qorxmadığımızı göstərdik. Hər kəs İtaliyanın necə komanda olduğunu bilir. Biz onları məğlub etməklə bütün komandaları məğlub edə biləcəyimizi sübut etdik. Bu turnirdə bacardığımız qədər irəliyə gedəcəyik”.
Qeyd edək ki İrlandiya millisi 1/8 final mərhələsində ev sahibi Fransa millisi ilə üz-üzə gələcək.
Son xəbərlər
Son Xəbərlər