“Yuxularım” sərgisi keçirilib

yuxularim-sergisi-kecirilib
Oxunma sayı: 943


“Qafqazinfo”nun məlumatına görə, sərgini giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Qalib Novruzov Emil Əzizin Azərbaycan rəssamlığına verdiyi töhfələrdən danışıb. 

Son zamanlar Muzey Mərkəzində keçirilmiş sərgilər arasında izləyici sayının çoxluğuyla seçilən “Yuxularım”da rəssamın 43 əsəri sərgilənib.

Qeyd edək ki, Beynəlxalq sərgilərin iştirakçısı, UPSD - UNESCO İncəsənət Assosiasiyasının üzvü, Emil Əzizin hazırda Parisin Luvr muzeyinin "Carrousel" qalereyasında təşkil olunacaq sərgiyə hazırlaşır.