Yuxulu sürücü Bakı-Sumqayıt yolunda qəza törətdi - Fotolar

yuxulu-surucu-baki-sumqayit-yolunda-qeza-toretdi
Oxunma sayı: 2311

Abşeronda baş verən yol-nəqliyyat qəzası zamanı bir nəfər xəsarət alıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində, Xırdalan qəbiristanlığının qarşısında baş verib.

“Toyota Prius” markalı maşının sürücüsü sükan arxasında yuxulayıb. Bu zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarında satış üçün nəzərdə tutulan gül və ağacların olduğu əraziyə aşıb. Sürücü müxtəlif bədən xəsarətləri alıb. Əraziyə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb edilib.

Hadisə şahidləri və həkimlərin verdiyi məlumata görə sürücü ağır dərəcəli sərxoş olub. O, xəstəxanaya çatdırılıb. Əraziyə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Ağac və gül satışı ilə məşğul olan Ramin Rzayev bildirib ki, ona 4 min manat ziyan dəyib.

Hadisə yerində avtotexniki ekspertiza təyin edilib. Taksi fəaliyyəti ilə məşğul olan sürücünün kimliyi müəyyənləşdirilir.