Dünyada kifayət qədər nüfuzlu yarışma kimi qəbul olunan Hackathon layihəsinin Azərbaycan üzrə qalibləri bəlli olub.
"Qafqazinfo" xəbər verir ki, "Azercell Telekom" MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uğurla reallaşdırdığı və PAŞA Bank-ın dəstək verdiyi daha bir təlim və yarış xarakterli layihənin qalibləri aşağıdakılardır: I yer - "Dev Adamlar", II yer - "Brogrammers", III yer - "Web's Dragons". Qaliblər Azercell, Barama Mərkəzi və PAŞA Bank tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.
Proqramçıların marafonu hesab edilən "Hackathon" yarışı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə artıq ənənə halını alaraq 5-ci dəfə baş tutur. Layihədə iştirak edən proqramçılar komanda şəklində müəyyən bir mövzu ilə bağlı məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırlayır. Developerlərə təqdim olunan bu dəfəki mövzu – Azercell müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılması olub. 14 komandanın mübarizə apardığı yarışma 36 saat davam edib.
Layihə çərçivəsində tədbirin Media dəstəyi technote.az portalı və Barama Media , komandaların qidalanması isə Özsut restoranlar şəbəkəsi tərəfindən təmin edilib. Müsabiqə iştirakçıları Paşa Sığorta tərəfidnən yarış müddəti ərzində təcili tibbi yardım xidməti ilə də təmin edilmişdilər.
Son xəbərlər
Son Xəbərlər