Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "Merscedes-Benz” markalı 31-BE-643 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilib.
Kənd Təsərrüfati Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, baxış zamanı avtomobilin antisanitar vəziyyətdə, daşıma üçün heç bir şəraiti olmayan yük yerində İsmayıllı rayonu, Qubaxəlilli kənd sakini Həsənov Saleh Əmirxan oğluna məxsus ümumi çəkisi 100 kq olan sümükdən ayrılmış at əti aşkar edilib.
Binəqədi Rayon Polis İdarəsinin müraciətinə əsasən Bakı Şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri heç bir sənədi olmayan 2 baş atın sümüksüz ətlərinin sağlamlığını və mənşəyinin müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Avtomobildə aşkar olunan İsmayıllı rayonu, Qubaxəlilli kənd sakini Həsənov Saleh Əmirxan oğluna məxsus sümükdən ayrılmış at ətlərinin müayinələri başa çatana kimi həmin ətlər soyuducu kameraya yığılaraq müvəqqəti saxlanca qoyulub.
Hal-hazırda Binəqədi Rayon Polis İdarəsi tərəfindən müvafiq araşdırmalar aparılır. Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticələri Binəqədi Rayon Polis İdarəsinə təqdim ediləcək və müayinənin nəticələrindən asılı olaraq müvafiq tədbirlər görüləcək.
Son xəbərlər
Son Xəbərlər