Yüzlərlə yük maşını gömrük-keçid məntəqələrində gözləyir

yuzlerle-yuk-masini-gomruk-kecid-menteqelerinde-gozleyir
Oxunma sayı: 2508

Gömrük-keçid məntəqələrində müşahidə edilən sıxlıqla bağlı məlumat açıqlanıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Qafqazinfo”ya verilən məlumata görə, hazırda Gömrük-keçid məntəqələrində 517 yük maşını gözləyir.

Onlardan 300 avtomobil “Qırmızı Körpü” gömrük postunda, 45 avtomobil Samur gömrük postunda, 14 avtomobil “Mazımqara” gömrük postunda, 106 avtomobil “Astara” gömrük postunda, 47 avtomobil “Biləsuvar” gömrük postunda, 5 avtomobil “Xanoba” gömrük postundadır.