Zabit Səmədov məşhur serialda rol alacaq

Zabit Səmədov məşhur serialda rol alacaq
Oxunma sayı: 6907

Məşhur idmançı Zabit Səmədov Türkiyənin ATV kanalında yayımlanan “Kuruluş Osman” serialında rol alacaq.

“Qafqazinfo” xəbər verir ki,  bu barədə ekran işinin ssenaristi və prodüseri Mehmet Bozdağ sosial şəbəkədə məlumat yayıb:

“Bütün dünyada uğurları ilə bizi qürurlandıran kikboks ustası Zabit Səmədov “Kuruluş Osman”a qatıldı. Can Azərbaycana salam olsun. Ordularımız müzəffər olsun”.

Qeyd edək ki, sözügedən ekran işinin baş qəhrəmanı Burak Özçivitdir.