Zabitimiz qəzada həlak olubmuş

zabitimiz-qezada-helak-olubmus
Oxunma sayı: 3838

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Ordusunun zabiti Məhərrəmov Seydullah Sadiq oğlu bədbəxt hadisə nəticəsində həlak olub.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, həlak olan hərbçi Qax rayonunun Qorağan kəndindəndir. Onun Bakı şəhərində yol-nəqliyyat hadisəsi zamanı həlak olduğu bildirilir.

S.Məhərrəmov ailənin böyük oğlu olub. Kiçik qardaşı da özü kimi hərbçidir. 

Qeyd edək ki, hərbçimiz Vətən müharibəsində iştirak edib. “Şuşanın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif olunub.