Zabuxda daha bir erməni evini yandırdı - Video

zabuxda-daha-bir-ermeni-evini-yandirdi
Oxunma sayı: 4180

Laçının Zabux kəndini tərk edən daha bir erməni evini yandırıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, bundan əvvəl də Laçını tərk edən bir neçə erməninin evini yandırması ilə bağlı görüntülər yayılmışdı.

Xatırladaq ki, oxşar hadisələr ermənilərin hələ 2020-ci ildə azad olunmuş əraziləri tərk edərkən də baş vermişdi. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması üçün avqustun sonunadək vaxt verilib.