Prezident cəbhə bölgəsinə gedib.
"Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, dövlət başçısı İlham Əliyevi müşayiət edən avtomobil karvanı Ağdamın müvəqqəti inzibati mərkəzi rolunu oynayan Quzanlı qəsəbəsində olub, daha sonra Əfətli kəndinə istiqamət götürüb. Prezident bu kənddə hərbçilərlə görüşüb.
Əməkdaşımız öyrənib ki, İ.Əliyevin bir şəhid ailəsi ilə də görüşü gözlənilir.
***
Lent.az-ın məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Ağdamdakı “N” saylı hərbi hissəyə gəlib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlətimizin başçısına məlumat verib. Prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib.
Daha sonra prezident İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib. Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Son xəbərlər
Son Xəbərlər