Zakir Həsənov cəbhədə inşaat işlərini yoxladı - Fotolar

zakir-hesenov-cebhede-insaat-islerini-yoxladi
Oxunma sayı: 3334

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi şəhərciklərdə inşaat işlərinin gedişini yoxlayıblar.

Qafqazinfo”nun Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, habelə qazanxana, camaşırxana və hamamxana kompleksində, tikinti gedən digər obyektlərdə olan Zakir Həsənov müvafiq tapşırıq və tövsiyələrini verib.