Türkiyə milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkədə işgüzar səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.
Millî Savunma Bakanı Hulusi Akar ve Azerbaycan Savunma Bakanı Orgeneral Zakir Hasanov’un görüşmesinde; başta askerî eğitim iş birliği ve savunma sanayi olmak üzere ikili ve bölgesel savunma, güvenlik konularında görüş alışverişinde bulunuldu. https://t.co/9zgvDwRehy#HulusiAkar pic.twitter.com/YoVw1p2DnM
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 8, 2022

Son xəbərlər
Son Xəbərlər