Zakir Həsənov İranın müdafiə naziri ilə görüşdü - Foto

zakir-hesenov-iranin-mudafie-naziri-ile-gorusdu
Oxunma sayı: 1221

İranda rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov iranlı həmkarı Məhəmməd Rza Aştiyani ilə görüşüb.

“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, onlar görüş zamanı ikitərəfli əlaqələr və bölgəyə aid məsələlər barədə fikir mübadiləsi aparıblar.

M.Aştiyani İran və Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Müdafiə naziri, həmçinin iranlı həmkarını Azərbaycana səfərə dəvət edib.